Istek Group

Təsisçinin müraciəti


Təsisçinin Müraciəti

Ulu öndərimizin inkişaf strategiyasının, cənab Prezidentimiz İlham Əliyev tərəfindən müdriklik və böyük uzaqgörənliklə davam etdirilməsi, "ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq son illərdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən sistemli tədbirlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, şəffaf inzibati tənzimləmə və dövlət dəstəyi mexanizmlərinin yaradılması, genişləndirilməsi və digər tədbirlər nəticəsində bu gün sahibkarlar iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilmişdir.

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan-nın müdrik və uğurlu siyasəti vətənpərvərliyi, güclü ordumuzun, tariximizə qızıl hərflərlə yazılmış “Vətən Müharibəsi" altında xalqımızın əldə etdiyi parlaq qələbə nəticəsində torpaqlarımız düşmən tapdağından azad edilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuş, ”Zəfər Günü” xalqımızın qürur mənbəyinə çevrilmişdir. Bu isə, Azərbaycan Respublikasının daha iri və daha inamlı addımlarla yüksələn xətt üzrə inkişaf yolunda olması deməkdir.

Güclü dövlət güclü struktur deməkdir. Güclü struktur isə, hədəfə doğru inamlı addımlarla irəliləyən qurumların cəmi deməkdir. İnsan qarşısına qoyduğu məqsədə nail olmaq üçün daim inkişafda olmalıdır. Bu prinsiplə, təsis etdiyim “İstek Group” MMC öz hədəfləri üzrə inamlı addımlarla irəliləməkdədir. Şirkətimiz üç prioritet istiqamətdə fəaliyyət göstərir:

  • 1) MEP sahəsi üzrə “İstek Mep”
  • 2) Təmir-tikinti sahəsi üzrə “Tag Construction”
  • 3) Mebel istehsalı üzrə “Magro”

Təsisçisi olduğum şirkətin “Azad və Müstəqil” dövlət iqtisadiyyatına böyük mənfəət qatacağından əmin olaraq, öz komandamla bu yola başladım. Azərbaycan Dövlət İdarəçilik Akademiyasında təhsil aldığım müddətdə dövlətin mənafeyinin şəxsi mənafeyimdən vacib olduğuna, bir daha da əmin oldum. Məhz bundan sonra, dövlət iqtisadiyyatının dirçəlişi üçün əlimdən gələni etməyi qarşıma məqsəd qoydum. Bu günkü, gün peşəkarlardan ibarət olan komandamla bərabər gördüyümüz işlər bunun faktiki sübutudur. Yerli bazarda apardığımız sağlam rəqabətlə davam edərək ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən qurum olmaq bizim ən böyük hədəfimizdir.

Bizim üçün ən dəyərli kapital-dövlət büdcəsinə əlavə olunan mənfəətdir.

Tağızadə Fail Rafiq oğlu